BAKI, 2 avqust. TELEQRAF
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Böyük Britaniya, Bolqarıstan və Ukraynanın Tehrana ABŞ-nin İrana qarşı mümkün yeni hərbi əməliyyatında iştirak etməyəcəklərini bildirdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İsmayıl Bəqai dövlət televiziyasının efirində bildirib.
Onun sözlərinə görə, son 24 saat ərzində Böyük Britaniya, Bolqarıstan və Ukraynadan Tehrana çoxsaylı zənglər daxil olub.
O bildirib, həmin təmaslarda bu ölkələrin ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatına qoşulmayacağı bildirilib.
Rəsmi London, Sofiya və Kiyev tərəfindən isə bu bəyanatla bağlı hələlik açıqlama verilməyib.