BAKI, 31 iyul. TELEQRAF

Ötən ilin üçüncü rübündən manatın məhkəmlənməsi istiqamətində təzyiqlər baş verir. Mərkəzi Bank bazara buna görə müdaxilə edir.

Teleqraf xəbər verir ki, bu fikirləri Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında deyib:

"Mərkəzi Bankın pul siyasəti komitəsinin növbəti iclasında valyuta bazarı da nəzərə alınacaq. Möhkəmlənmə istiqamətində təzyiqlər davam edərsə, buna uyğun qərarlar veriləcək".