BAKI, 31 iyul. TELEQRAF

"Nağd valyuta bazarında fiziki şəxslər daha çox dollar satır".

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı qəbul olunmuş qərarın açıqlanmasına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib:

"Bəzi ekspertlər bunu əhalinin real gəlirləri ilə bağlayırlar və bildirirlər ki, əhalinin gəlirləri azaldığı üçün yığım valyutalarını satırlar. Lakin Mərkəzi Bankın nəticələrinə görə, əhali nağd valyuta satışını artırmaqla paralel, keçmiş illərə nüsbətdə manat əmanətləri artır. Həmçinin unikal əmantçılərin sayı da çoxalır. 2,5 ildə belə əmanətçilərin sayı 2,5 dəfə artıb.

Digər tərəfdən iyun ayının nəticələrinə əsasən, idxal kəskin azalıb. Bu şəraitdə valyuta bazarına tələb də aşağı düşüb".