BAKI, 2 avqust. TELEQRAF
Qüds Dairə Məhkəməsi İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə terrorçuların saxlanıldığı həbsxanaların mühafizəsi üçün timsahlardan istifadə etməyi müvəqqəti qadağan edib.
Teleqraf xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.
Məlumata görə, məhkəmə qərarı heyvanların müdafiəsi ilə məşğul olan "Let the Animals Live" təşkilatının müraciəti əsasında qəbul edilib.
İtamar Ben-Qvir isə qərara etiraz edərək hakimləri terrorçuların tərəfini tutmaqda ittiham edib.
"Növbəti dəfə məhkəmə sistemi müharibə dövründə İsrailin təhlükəsizliyini təmin etməyə yönəlmiş vacib addımların qarşısını alaraq terrorçuların tərəfini tutur", – deyə nazir bildirib.
Nəşrin yazdığına görə, son bir neçə ay ərzində İsrailin Parklar İdarəsinə Milli Təhlükəsizlik Nazirliyinə təhlükəsizlik cinayətlərinə görə məhkum olunmuş şəxslərin saxlanıldığı həbsxanaların ətrafındakı xəndəklərdə timsah yerləşdirməyə icazə verilməsi üçün təzyiq göstərilib.
Pilot layihənin ölkənin cənubundakı Negev səhrasında yerləşən "Ktsiot" həbsxanasında həyata keçirilməsi planlaşdırılırdı.