BAKI, 3 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Kanada ərazisindəki meşə yanğınlarından yayılan tüstüyə görə bu ölkəyə qarşı tətbiq ediləcək cəza tədbirini müəyyənləşdirdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Vaşinqtona səfəri zamanı təyyarəsinin göyərtəsində jurnalistlərlə söhbəti zamanı bildirib. Məlumat Ağ Evin “YouTube” kanalında yayımladığı videodan məlum olub.
“Bəli. Tezliklə hər şey məlum olacaq”, - deyə ABŞ lideri qeyd edib.
Hazırda Kanadanın müxtəlif bölgələrində 130 meşə yanğını davam edir. Onlardan ən böyüyünün əhatə etdiyi ərazi 73,2 min hektardan çoxdur.