BAKI, 11 dekabr. TELEQRAF

Şuşa şəhərinin D-5 massivində birinci mərhələdə 6 ədəd, hər biri 4 mərtəbədən ibarət olan yaşayış binalarının (1, 2, 3, 4, 5 və 6 nömrəli) tikilməsi planlaşdırılır.

Teleqraf xəbər verir ki, müvafiq işlərə 15 milyon 970 min 776,37 manat xərclənməsi nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən işlərə "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” Publik Hüquqi Şəxsi nəzarət edəcək.