BAKI, 17 noyabr. TELEQRAF

Azərbaycan Ordusunun hərbi hissələri üçün qazanxana avadanlıqları və digər əlaqəli vasitələr alınacaq.

Teleqraf xəbər verir ki, bu məqsədlə Müdafiə Nazirliyi “CONRAD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1 milyon 178 min 089,8 manat dəyərində müqavilə imzalayıb.

Qeyd edək ki, sözügedən şirkət 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 manat olan şirkətin qanuni təmsilçisi Quliyev Ruslan Abuzər oğludur.