BAKI, 29 oktyabr. TELEQRAF

Çinin Sian şəhəri ilə birbaşa hava əlaqələrinin yaradılması imkanları, süni intellekt, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlıq müvafiq işçi qrupunun yaradılması üzrə müvafiq işçi qrupunun yaradılacaq.

Teleqraf xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Xalq Respublikasının Sian şəhərinin meri Ye Niupinqlə görüşündə qərar verilib.

"Görüş zamanı ölkələrimiz, xüsusilə də Sian vilayəti ilə Azərbaycan arasında dəmir yolu və ümumilikdə nəqliyyat sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərini müzakirə etdik. Həmçinin Sian şəhəri ilə birbaşa hava əlaqələrinin yaradılması imkanları, süni intellekt, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq. Bu məqsədlə müvafiq işçi qrupunun yaradılması barədə qərar verdik," - nazir qeyd edib.