BAKI, 13 oktyabr. TELEQRAF
Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qanunsuz reklamlar ilə bağlı 100 müraciətə baxıb.
Qurumdan Teleqraf-a verilən məlumata görə, baxılmış müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19 % artıb.
Dövr ərzində baxılan müraciətlərin 44-ü xidmət, 13-ü ticarət, 9-u qeyri-qida, 12-i ictimai iaşə, 2-si dərman vasitələri və tibbi avadanlıqlar, 2-i qida, 1-i tütün məmulatları, 17-si isə digər sahələrin payına düşüb.