BAKI, 4 avqust. TELEQRAF

Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda gözləyən yük nəqliyyat vasitələrinin sayı açıqlanıb.

Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf-a verilən məlumata görə Rusiya ilə sərhəddə yerləşən “Xanoba” gömrük postunda heç bir yük nəqliyyat vasitəsi növbədə gözləməsə də, “Samur” gömrük postunda 84 yük maşını növbədədir.

Gürcüstan ilə sərhəddə yerləşən “Mazımçara” gömrük postunda 35, “Qırmızı Körpü” gömrük postunda isə 120 yük nəqliyyat vasitəsi növbə gözləyir.

İran İslam Respublikası ilə sərhəddə yerləşən “Astara” gömrük postunda 84 yük nəqliyyat vasitəsi növbədə dayanıb, “Biləsuvar” gömrük postunda isə yük maşınları növbədə yoxdur.