BAKI, 17 oktyabr. TELEQRAF

La liqa təmsilçilərindən “Real Madrid”in hücumçusu Kilian Mbappe klub karyerasında bütün turnirlər nəzərə alınmaqla 500-cü qol və məhsuldar ötürmə göstəricisinə çatıb.

Teleqraf xəbər verir ki, 27 yaşlı fransalı futbolçu bu yubileyə Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Roma” ilə matçda (4:3) imza atıb.

“Opta”nın yaydığı məlumatına görə, Mbappe “Monako”, PSJ və “Real”ın heyətində ümumilikdə 378 qol vurub və 122 məhsuldar ötürmə edib.

Qeyd edək ki, hücumçu cari mövsümdə bütün turnirlərdə 11 oyunda 10 qol vurub və 2 məhsuldar ötürmə verib.

“Real” növbəti matçını oktyabrın 18-də İspaniya çempionatında “Sevilya”ya qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.