BAKI, 16 oktyabr. TELEQRAF
Azərbaycanda standartlaşdırma sahəsində bir neçə texniki reqlamentin qəbul edilməsi nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimində çıxışı zamanı deyib.
O xatırladıb ki, dövlət başçısı tərəfindən təsdiq edilmiş dövlət proqramı çərçivəsində texniki tənzimləmə sisteminin yaradılmasına başlanılıb və artıq iki texniki reqlament qəbul edilib: “Onlar altı aydan sonra qüvvəyə minəcək. Texniki reqlamentlərin tələbləri məcburi xarakter daşıyır və mallar həmin tələblərə cavab verməlidir. Standartların tətbiqi isə könüllüdür.
Sahibkarlıq subyektləri malların istehsalı, proseslərin təşkili və idarəetmə sistemlərinin qurulması zamanı istənilən standartı könüllü şəkildə tətbiq edə bilərlər. Bunun üçün heç bir məcburiyyət və məhdudiyyət yoxdur”.