BAKI, 17 oktyabr. TELEQRAF
Yunanıstan özünün müdafiə imkanlarını zəiflətmədən Ukraynanı dəstəkləməyə davam edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Brüsseldə Avropa Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
Hökumət başçısı ölkəsinin hər zaman Kiyevə dəstək göstərdiyini vurğulayıb:
"Biz indiyədək ehtiyatlarımızdan Ukraynaya xeyli hava hücumundan müdafiə vasitəsi vermişik və bundan sonra da əlimizdən gələni edəcəyik. Lakin bütün bunları öz ölkəmizin müdafiə qabiliyyətini təhlükə altına qoymadan həyata keçirəcəyik".
O əlavə edib ki, Yunanıstan çətin geosiyasi regionda yerləşir və digər öhdəlikləri də mövcuddur.