BAKI, 17 oktyabr. TELEQRAF
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanın siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Valeh Feyruz oğlu Ələsgərov “Şərəf” ordeni ilə təltif olunub.
Qeyd edək ki, oktyabrın 19-da Valeh Ələsgərovun 80 yaşı tamam olacaq.