BAKI, 17 oktyabr. TELEQRAF
Batumi hava limanında İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan əcnəbi saxlanılıb.
Teleqraf Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Belçika hüquq-mühafizə orqanlarının sorğusu əsasında dələduzluq ittihamı ilə axtarışda olan şəxs Gürcüstan sərhədini keçməyə cəhd edərkən saxlanılıb.
O, gələcək ekstradisiya məqsədilə həbs edilib.