QƏBƏLƏ, 17 oktyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının VIII turunda “Qəbələ” və “Sabah” komandaları qarşılaşıb.
Teleqraf xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən görüş qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi matçda “bayquşlar”ın qollarını Abdullah Xaybullayev (45+1-ci və 90+3-cü dəqiqə), Aleksey İsayev (74-cü dəqiqə) və Coy-Lens Mikels (88-ci dəqiqə) vurublar.
Bu nəticədən sonra Valdas Dambrauskasın rəhbərlik etdiyi “Sabah” 19 xalla turnir cədvəlinin liderliyinə yüksəlib. Elton Bəkirinin rəhbərlik etdiyi “Qəbələ” isə 4 xalla 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, günün növbəti matçında “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 19:00-da başlayacaq.