BAKI, 16 oktyabr. TELEQRAF
Azərbaycanda halal standartların tətbiqinin və təşviqinin gücləndirilməsi planlaşdırılır.
Teleqraf xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimində deyib.
O qeyd edib ki, Azərbaycanda halal standartlar artıq mövcuddur:
“Azərbaycan Standartlaşdırma İnstutu (AZSTAND) İslam Ölkələri üçün Standartlaşdırma və Metrologiya İnstitutunun (SMIIC) üzvüdür və təşkilat tərəfindən qəbul edilən bir sıra standartlar Azərbaycanda dövlət standartları kimi təsdiqlənib.
Halal məhsullara dünyada tələbatın yüksək olması Azərbaycanın ixrac potensialının artırılması üçün imkanlar yaradır.
Bu məqsədlə halal standartların təşviqi, istehsal müəssisələrində istehsal prosesləri ilə yerində tanışlıq və həmin standartların tətbiqi imkanlarının araşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.