BAKI, 17 oktyabr. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan Məkkə Müdafiə İttifaqını müsbət addım kimi qiymətləndirib.
Teleqraf xəbər verir ki, bu barədə Məsud Pezeşkian "Əl-Cəzirə" telekanalına müsahibəsində bildirib.
O, müsəlmanların birləşməsinin vacibliyini vurğulayıb və Tehranın bu prosesdə iştirak etməyə hazır olduğunu bildirib:
"Bu, irəliyə doğru addımdır. Müsəlmanlar birləşməlidirlər və biz bu prosesdə iştirak etməyə hazırıq. Əlbəttə, onların qərarlarının detallarını hələ bilmirik".