BAKI, 17 oktyabr. TELEQRAF

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro sərmayə qoyub.

Teleqraf xəbər verir ki, bu barədə "Sic Noticias" nəşri məlumat verib.

Məlumata görə, futbolçunun yeni biznesdə tərəfdaşı olan "Grupo Ouhterinho" şirkəti də oxşar məbləğdə yatırım edib. Layihəyə ümumi investisiya həcmi 20 milyon avroya çatıb. Suyun Braqansa şəhərində hasil edilməsi planlaşdırılır.

Zavodun 2027-ci ilin sonuna qədər tikintisinin başa çatması və brendin bazara çıxarılması gözlənilir.