BAKI, 16 oktyabr. TELEQRAF

2026-cı ilin 9 ayı ərzində Azərbaycanda 620 yeni dövlət standartı qəbul olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni standartların sayı 3 dəfəyədək artıb.

Teleqraf xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimdə çıxışında deyib.

O bildirib ki, qəbul edilmiş yeni standartlardan 92-si nəqliyyat, 62-si qida texnologiyası və kənd təsərrüfatı, 43-ü mebel sahəsini əhatə edib.
Növbəti mərhələdə standartların sayının artırılması ilə yanaşı, onların iqtisadiyyatın ehtiyaclarına uyğunlaşdırılması, sahibkarlıq subyektləri üçün əlçatanlığının genişləndirilməsi və praktik tətbiqinin təşviqi də diqqət mərkəzində saxlanılacaqdır. Bu istiqamətdə standartların istehsalatda, xidmət sektorunda və idarəetmə proseslərində tətbiqinin yaratdığı imkanların genişləndirilməsi mühüm əhəmiyyət daşıyır”.