BAKI, 16 oktyabr. TELEQRAF
Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb.
Teleqraf xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 ABŞ dolları təşkil edib.