BAKI, 17 oktyabr. TELEQRAF

Estoniya hökuməti Ukraynaya ABŞ silahlarının alınması üçün əlavə 10 milyon avro ayırılması barədə qərar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Estoniya Baş naziri Kristen Mixal sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, vəsait PURL proqramı çərçivəsində ayrılıb:

"Biz əlavə maliyyə və hərbi yardım göstəririk. Estoniya Ukraynaya lazım olan silahları əldə etməyə kömək etmək üçün PURL təşəbbüsü vasitəsilə daha 10 milyon avro ayırır".

Qeyd edək ki, PURL proqramı NATO tərəfindən 2025-ci ilin yayında ABŞ-nin Ukraynaya təmənnasız silah tədarükünü dayandırmaq qərarına cavab olaraq yaradılıb.

Proqrama əsasən, Kiyev hərbi ehtiyaclarını müəyyənləşdirir, Aİ ölkələri isə vəsait ayıraraq həmin silahları ABŞ-dən satın alır və Ukraynaya təmənnasız təhvil verirlər.