BAKI, 17 oktyabr. TELEQRAF

Türkiyə xarici işlər naziri Hakan Fidan Bağdadda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyası çərçivəsində iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər regional, qlobal və ikitərəfli münasibətlərə dair məsələləri müzakirə ediblər.