2026-cı ildə Azərbaycanda süni intellekt üzrə 5 dövlət standartı qəbul edilib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) Elektrotexnika, informasiya texnologiyaları və telekommunikasiya sahələrinin standartlaşdırılması şöbəsinin müdiri Firuzə Bəhri Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimində çıxışında deyib.

O qeyd edib ki, bunlar standartlar etika, idarəetmə, təsirin qiymətləndirilməsi, audit və sınaq məsələlərini əhatə edir:

“Bu istiqamətlərin seçilməsi süni intellekt texnologiyalarının təhlükəsiz, məsuliyyətli və şəffaf tətbiqinin təmin olunması məqsədi daşıyır.

Müasir dünyada əsas məqsəd yalnız süni intellekt texnologiyalarının inkişaf etdirilməsi deyil, eyni zamanda onların təhlükəsiz, məsuliyyətli və şəffaf şəkildə tətbiq olunmasıdır”.

F.Bəhri əlavə edib ki, yeni standartların tətbiqi təşkilatlara süni intellekt sistemlərini daha düzgün qiymətləndirmək və idarə etmək imkanı yaradacaq.