BİLƏSUVAR, 17 oktyabr. TELEQRAF
Biləsuvarda baş verən ağır yol qəzasında sürücü və sərnişin ölüb, üç nəfər xəsarət alıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
1986-cı il təvəllüdlü Tacəddin Yusifovun idarə etdiyi “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü Tacəddin Yusifov və 1966-cı il təvəllüdlü sərnişin Tovuz Axundova hadisə yerində ölüblər.
Avtomobildə olan digər üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
14:18
Biləsuvarda minik avtomobilinin aşması nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb.
Qəza nəticəsində iki nəfər ölüb, üç nəfər isə xəsarət alıb.