BAKI, 16 oktyabr. TELEQRAF

Azərbaycanda süni intellekt sahəsinə aid bir neçə dövlət standartı qəbul edilib, yenilərinin qəbulu isə planlaşdırılır.

Teleqraf xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimində deyib.

O bildirib ki, Azərbaycanda süni intellekt strategiyası qəbul olunub və bu çərçivədə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən müvafiq dövlət standartları təsdiqlənib.