BAKI, 16 oktyabr. TELEQRAF
2026-cı ilin yanvar-avqust aylarında iş saatlarının ən çox qeydə alındığı sahələr ticarət, nəqliyyat vasitələrinin təmiri, turistlərin yerləşdirilməsi və ictimai iaşə olub.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il bu sahələrdə çalışan bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 155 saat təşkil edib.
İş saatlarının çoxluğu baxımından növbəti sırada tikinti sənayesi yer alıb. Bu sahədə çalışan işçilərin orta aylıq işlənmiş iş saatları 154,6 saat olub.
Statistikaya əsasən, dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsində bu göstərici 152,4 saat, Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində 152 saat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində isə 151,3 saat səviyyəsində qeydə alınıb.
Qeyd edək ki, 2026-cı ilin yanvar-avqust aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 146,8 saat təşkil edib.