BAKI, 17 oktyabr. TELEQRAF

Rusiya ordusunun səhər saatlarında Ukraynanın Xerson vilayətinə hücumu nəticəsində 22 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyası sosial media hesabında məlumat paylaşıb.

Səhər saatlarında Rusiya qüvvələrinin şəhərə səkkiz idarə olunan aviasiya bombası atdığı bildirilib:

"Yaralıları xilas etməyə gələn təcili tibbi yardım maşınının sürücüsü də hadisə yerində ölüb. İkisi uşaq olmaqla 22 nəfər yaralanıb".