BAKI, 10 aprel. TELEQRAF
"İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsi Bakı Metropoliteninin stansiyalarında reklam lövhələrinin çapı, montajı və quraşdırılmasına 232 min 106 manat xərcləyəcək.
Teleqraf xəbər verir ki, bununla bağlı iki qurum arasında müqavilə imzalanıb. Reklam lövhələri dekabrın sonuna qədər stansiyalarda qalacaq.
Onu da bildirək ki, bu satınalma proseduru üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 13.01.2025-ci il tarixli 3-21-1/2-389/2025 nömrəli məktubuna əsasən razılıq əldə olunub.