BAKI. 26 mart. TELEQRAF

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Fransaya 1 milyon 180,16 min dollar dəyərində məhsul ixrac edib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 dəfə azdır.

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanın Fransya ixracı 59 milyon 55.49 min dollar dəyərində olmuşdu.

Ancaq Azərbaycanın Fransadan idxalı artıb. Belə ki, Azərbaycanın Fransadan idxalı bu ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 321.3 min dollar artaraq 33 milyon 709.27 min dollar olub.