BAKI, 29 mart. TELEQRAF

"Starlink" qlobal peyk rabitə xidmətinin Azərbaycandakı qiymətləri açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə "Starlink"in" saytında məlumat veriblər.

Məlumata görə şəxsi istifadə üçün evdən bu xidmətə qoşulanlar aylıq 80 manat ödəyəcək.

Roaminq rejimində çalışmaq istəyənlər üçün xidmət haqqı 90 manatdır.

Bundan əlavə olaraq istifadəçilər xidmətə başlayarkən müvafiq "Starlink" qurğusunu da əldə etməlidir. Bu qurğunun alınması isə 340 manata başa gəlir.