
Lənkəran, 29 mart. TELEQRAF
Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran rayonunun Xanbulan kəndinin ərazisində qeydə alınıb.
"VAZ-21011" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı çuxura düşüb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər - Astara rayon sakinləri, 2005-ci il təvəllüdlü Zamiq İsmayıl oğlu Rəhmətzadə, 2001-ci il təvəllüdlü Ramiq Vaqif oğlu Həsənzadə və Lənkəran rayonunun Göyşaban kənd sakini, 2006-cı il təvəllüdlü Məriyyəm Ceyhun qızı Əlizadə mütəxəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.