
BAKI, 29 mart. TELEQRAF
Azərbaycan, Fransa və Yeni Kaledoniya arasında aparılan danışıqlarda vasitəçi olmağa hazırdır.
Teleqraf xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransında 10-dək ölkə iştrak edir:
"Konfrans çərçivəsində Fransanın müstəmləkəçiliyini əks etdirən sərgi keçiriləcək. Həmçinin təşkilat olaraq, Qvadelupanın Azadlığı naminə Xalq Birliyi (UPLG) arasında Anlaşma memorandumu imzalanacaq. UPLG ilə sıx əməkdaşlıq qurmuşuq. Əməkdaşlığımızı strateji müstəviyə daşıyırıq. Aramızda olan əməkdaşlığı sosial, təhsil sahəsində daha da möhkəmləndirəcəyik".
A.Abbasov bundan sonra da siyasi məhbuslara dəstək verəcəyini deyib:
"Həmçinin siyasi məhbuslara da dəstək veririk. Fransa və Yeni Kaledoniya arasında 20 ildir ki, danışıqlar davam edir. Biz burada danışıqlarda vasitəçilik etməyə hazırıq".