BAKI, 29 mart. TELEQRAF

İlin ilk Günəş tutulması başa çatıb.

Teleqraf xəbər verir ki, Günəş tutulması bu gün Bakı vaxtı ilə saat 16:43:25-də sona çatıb.

Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edib.

Qeyd edək ki, tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayıb.

***

12:50

Bu gün Bakı vaxtı ilə saat 12:50:35-də 2025-ci ilin ilk Günəş tutulması başlayıb.

Teleqraf xəbər verir ki, bu, qismən tutulmadır.

Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.

Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.

İlin ilk Günəş tutulması saat 16:43:25-də sona çatacaq.