BAKI, 29 mart. TELEQRAF

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 800-ü ötüb.

Teleqraf xəbər verir ki, bu barədə yerli “Myanmar Now” nəşri məlumat yayıb.

***

07:34

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 694-ə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə “France-Presse” nəşri yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, yaralıların sayı isə ən azı 1670 nəfərdir.

Qeyd edək ki, güclü təkanlar bütün ölkə ərazisində dağıntılara səbəb olub. Bir çox binalar və xəstəxanalar uçub.