
BAKI, 29 mart. TELEQRAF
Avropa İttifaqı (Aİ) ölkələri ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı irəli sürdüyü sülh təşəbbüslərinə qarşıdır, lakin münaqişənin həlli ilə bağlı alternativ bir planları yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
"Əgər avropalıların təklif edə biləcəyi alternativ bir plan olsaydı, bəlkə də onların indiki müqaviməti mənalı olardı. Lakin belə deyil. Onlar Ukraynanı dəstəkləmək barədə ümumi və qeyri-müəyyən fikirlər irəli sürürlər", - məqalədə qeyd edilir.