Bakı, 29 mart. TELEQRAF

Bakı Təşəbbüs Qrupu (BTQ) və Qvadelupanın Azadlığı naminə Xalq Birliyi (UPLG) arasında Anlaşma memorandumu imzalanıb.

Teleqraf xəbər verir ki, imzalanma mərasimi BTQ-nin təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans çərçivəsində baş tutub.

Mərasimdə BTQ-nin icraçı direktoru Abbas Abbasov və UPLG-nin Baş katibi Jan Jakob Bisep iştirak edib.

Memorandum strateji əlaqələri gücləndirəcək və tərəflər arsında sosial, təhsil sahəsində əlaqələri möhkəmləndirəcək.

Qeyd edək ki, bu, BTQ-nin beynəlxalq əməkdaşlıq çərçivəsində 7-ci memorandumdur.