TBİLİSİ, 24 mart. TELEQRAF

Ötən il Rusiyadan Azərbaycana pul köçürmələri azalıb.

Teleqraf Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü ildə əvvəlki illə müqayisədə Rusiyadan Azərbaycana kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 2,1 dəfə az - 496 milyon 753 min dollar təşkil edib.

2023-cü ildə bu göstərici 1 milyard 47 milyon 523 min dollar olub.

Ancaq fiziki şəxslər xaricdən Azərbaycana ən çox Rusiyadan pul köçürüblər. Rusiyanın 2024-cü ildə xüsusi çəkisi 45,9 faiz olub.