BAKI, 25 mart. TELEQRAF

Azərbaycan bu ilin yanvar-fevral aylarında 36 milyon 8.33 min dollar dəyərində 122 min 383.30 ton azot gübrəsi ixrac edib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə müvafiq olaraq 15 milyon 58,8 min dollar və 6,3 min ton çoxdur.

2024-cü ilin yanvar-fevral aylarında 20 milyon 949.57 min dollar dəyərində 116 min 62.10 ton azot gübrəsi ixrac edilmişdi.

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon dollar dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 23,2 faiz çoxdu.