
BAKI, 24 mart. TELEQRAF
Azərbaycan bu ilin yanvar-fevral aylarında 40 milyon 496.50 min dollar dəyərində 187 min 569.73 ton buğda idxal edib.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 52,7 min ton və ya 39 faiz çoxdur.
Buğda idxalı Azərbaycanın ümumi idxalının 0.98 faizinə bərabər olub.