BAKI. 26 mart. TELEQRAF

Bir zamanlar bütün SSRİ məkanında azyaşlıların ən sevimlisi olan “Gecəniz xeyrə, balacalar” verilişinin məşhur siması, Karkuşanı səsləndirən Qalina Marçenko vəfat edib.

Teleqraf xəbər verir ki, aktrisa Qalina Marçenko 88 yaşında dünyasını dəyişib.

Marçenko 50 ilə yaxın bu televiziya şousunun redaksiyasında işləyib. O, 25 il ərzində balaca qarğanı səsləndirib.