
BAKI, 24 mart. TELEQRAF
Azərbaycanın pomidor ixracından qazancı azalıb.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan, bu ilin yanvar-fevral aylarında 26 milyon 721.50 min dollar dəyərində 22 min 738.64 ton pomidor ixrac edib.
Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə miqdar baxımdan çox olsa da, statistik dəyər baxımındna azdır.
Belə ki, ötən ilin yanvar-fevral aylarında 30 milyon 2.09 min dollar dəyərində 21 min 724.47 ton pomidior ixrac olunmuşdu.