
BAKI, 23 mart. TELEQRAF
Yerüstü Nəqliyyat Agentliyi daşıyıcılara müxtəlif istiqamətlərdə xidmətlər göstərməkdə davam edir.
Qurumdan Teleqraf-a verilən məlumata görə, ötən gün KOB Evlərində 140 sahibkara 1065 xidmət göstərilib.
Qeyd edək ki, "AYNA" tərəfindən daşıyıcıların inkişafına yönələn bu işlər davam etdirilir.