
BAKI, 23 mart. TELEQRAF
"Tikinti-Təchizat Birliyi" MMC "Rusiya-Halal Expo" sərgisində stendin quraşdırılması ilə bağlı xidmətlərin satın alınması üçün açıq tender edib.
Teleqraf xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 351 min 956 manatdır.
Tenderdə iştirak haqqı isə 350 AZN təşkil edir.
Təkliflərin son təqdimolunma tarixi aprelin 22-dir.
Qeyd edək ki, bu il "Rusiya-Halal Expo" sərgisi may ayının 15-16 tarixlərində keçirəcək.