BAKI, 24 mart. TELEQRAF

Azərbaycan 2024-cü ildə Türkiyə iqtisadiyyatına 248 milyon 957 min dollar investisiya yönəldib.

Teleqraf Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 7,3 dəfə azdır.

2023-cü ildə Azərbaycan Türkiyə iqtisadiyyatına 1 milyard 815 milyon 102 min dollar investisiya yatırmışdı.

Azərbaycanın xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyalarda Türkiyənin payı 14,1 faiz təşkil edib.

Türkiyənin Azərbaycan iqtisadiyyatına investisiyası da 83 milyon 394 min dollar azalaraq 1 milyard 219 milyon 15 min dollar olub.