BAKI, 25 mart. TELEQRAF

Ötən il kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin İtaliyadan Azərbaycana pul köçürmələri 2023-cü illə müqayisədə 1,3 faiz azalaraq 2 milyon 728 min dollar olub.

Teleqraf Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ildə bu göstərici 2 milyon 776 min dollar olub.

2024-cü ildə Azərbaycana xarici ölkələrdən kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 1 milyard 82,9 milyon dollar təşkil edib.