
BAKI, 25 mart. TELEQRAF
2024-cü ildə Lüksemburq Azərbaycan iqtisadiyyatına 26 milyon 26 min dollar investisiya qoyub.
Teleqraf Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,2 dəfə çoxdur.
2023-cü ildə Lüksemburq Azərbaycan iqtisadiyyatına 11 milyon 575 min dollar investisiya yatırmışdı.
2024-cü ildə Azərbaycana xaricdən cəlb edilmiş birbaşa investisiyalar 7 milyard 46,2 milyon dollar təşkil edib.