BAKI, 23 mart. TELEQRAF

Yerüstü Nəqliyyat Agentliyi beynəlxalq avtomobil yük daşımaları üçün mübadilə edilmiş 2025-ci il nümunəli xüsusi defisit “İcazə” blanklarının ötən günə olan qalıq sayını açıqlayıb.

Agentlikdən Teleqraf-a verilən məlumata görə, Rusiya istiqamətində 3-cü ölkəyə və ya 3-cü ölkədən beynəlxalq yük daşımaları üçün müxtəlif kateqoriyalar üzrə icazə blankları mövcuddur.

Belə ki, martın 22-də İrana və ya İrandan olan daşımaları üçün bu say 67, məhdudiyyətsiz daşımalar üçün 546, yalnız Avropa Birliyi ölkələrinə və ya bu ölkələrdən olan daşımalar üçün isə 153 təşkil edib.

Qazaxıstan istiqamətində 3-cü ölkəyə və ya 3-cü ölkədən beynəlxalq yük daşımaları üçün ayrılmış icazə blanklarının sayı isə 429 ədəddir.