
BAKI, 26 mart. TELEQRAF
Bu gün Azərbaycanda Ramazan ayının sonuncu Qədr (Əhya) gecəsi olacaq.
Teleqraf xəbər verir ki, Qədr gecəsi martın 26-dan 27-nə keçən gecəyə təsadüf edir.
Ramazan ayının axırıncı on gecələrinin birində Quran nazil olub. Bu gecə "leylət al-Qadr" – qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: "Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır!" (Qədr surəsi, 3–5)
Qeyd edək ki, bu il ölkəmizdə Ramazan ayı martın 1-də başlayıb.
Martın 30-da fitr (Ramazan) bayramı qeyd olunacaq.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Ramazan bayramıdır.