BAKI, 26 mart. TELEQRAF

Futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Teleqraf xəbər verir ki, J qrupunda mübarizə aparan Qazaxıstan milli komandası səfərdə Lixtenşteyni 2:0 hesabı ilə məğlub edib. Bu, azərbaycanlı baş məşqçi Əli Əliyevin Qazaxıstan yığmasında ilk qələbəsi olub.

I qrupunda Norveç səfərdə İsrailə şans tanımayıb - 4:2.

L qrupunda isə Çexiya Cəbəllütariq səfərində 3 xalı 4 cavabsız qolla əldə edib.

DÇ-2026

Avropa zonası üzrə seçmə mərhələ

25 mart

I qrupu

Moldova - Estoniya - 2:3

İsrail - Norveç - 2:4

Xal durumu: Norveç - 6 xal (2 oyuna), Estoniya - 3 (2), İsrail - 3 (2), İtaliya - 0 (0), Moldova - 0 (2)

J qrupu

Lixtenşteyn - Qazaxıstan - 0:2

Şimali Makedoniya - Uels - 1:1

Xal durumu: Şimali Makedoniya - 4 xal (2 oyuna), Uels - 4 (2), Qazaxıstan - 3 (2), Belçika - 0 (0), Lixtenşteyn - 0 (2)

L qrupu

Cəbəllütariq - Çexiya - 0:4

Monteneqro - Farer adaları - 1:0

Xal durumu: Çexiya - 6 xal (2 oyuna), Monteneqro - 6 (2), Xorvatiya - 0 (0), Farer adaları - 0 (2), Cəbəllütariq - 0 (2).